Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kişi uşağını, arvadını və qayınanasını öldürmək üçün evini partlatdı

Kişi uşağını, arvadını və qayınanasını öldürmək üçün evini partlatdı

Tarix: 31 May 2023 23:32

Rusiyada kişi uşağı, arvadı və qayınanasını öldürmək üçün evini partladıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qorxunc hadisə Soçi şəhərində baş verib.

Məlumata görə, hadisə vaxtı içkili kişi altı aylıq qızını da götürərək evinin ikinci mərtəbəsinə çıxıb və binanı partlatmaqla hədələyib. Ana və nənə uşağı kişinin əlindən alıb təhlükəsiz yerə qaça biliblər. Qonşular kişini sakitləşdirməyə çalışsalar da, o, qazı açıb və evi partladıb.

Uşaq, anası və nənəsi xəsarət almayıblar. Partlayışı törədən şəxs isə ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hadisədən sonra qadın həyat yoldaşından polisə şikayət ərizəsi verib.

Milli.Az


Etiketlər:  Kişi uşağını arvadını qayınanasını öldürmək üçün evini partlatdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ