Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

O, dünyanın ən varlı aktrisasıdır - FOTO

O, dünyanın ən varlı aktrisasıdır - FOTO

Tarix: 2 Iyun 2023 09:55

Forbes jurnalı Riz Uizerspunu ən zəngin aktrisa adlandırıb. 

Milli.Az bizim media-ya istinadən xəbər verir ki,  sarışın ulduzun sərvəti 440 milyon dollardır (təxminən 748 milyon manat). 

2021-ci ildə aktrisa özünün prodüser şirkəti olan "Hello Sunshine"ın əksər hissəsini 900 milyon dollara (təxminən 1 milyard 530 milyon manat) satıb, lakin şirkətin 18%-ni özünə saxlayıb.

Riz, həmçinin "Big Little Lies" (Böyük kiçik yalan) və "The Morning Show" (Səhər şousu) da daxil olmaqla televiziya layihələrini hazırlayır. Məlumdur ki, sonuncu çəkilişdə Riz 10 seriyaya görə 20 milyon dollar (təxminən 33 milyon manat) qazanıb. 

Qeyd edək ki, Riz Uizerspunun 11 illik evliliyindən sonra əri ilə boşanması barədə xəbərlər yayılıb. 

Milli.Az


Etiketlər:  O dünyanın ən varlı aktrisasıdır FOTO


RƏYLƏR