Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Oktyabr 2025 01:05
Yeni ilin qarşılanması ərəfəsində türkiyəli məşhurların səhnə qonorarları bəlli olub.
Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu il bayram gecəsi səhnəyə çıxacaq sənətçilərin gəlirləri ötən illə müqayisədə xeyli artıb.
Məlumata əsasən, Ebru Gündeş Yeni il proqramı üçün ötən ildən 10 milyon lirə çox, yəni 12 milyon lirə (təxminən 489 min manat) qonorar tələb edir.
Eyni məbləğdə - 12 milyon lirə - səhnəyə çıxmaq üçün Hadisə də razılaşıb.
Sibel Can isə bayram gecəsi ifası ilə 10 milyon lirə (təxminən 408 min manat) qazanacaq.
Yeni il səhnəsində yer alacaq digər məşhurlardan Özcan Dənizin qonorarı isə 8 milyon lirə (təxminən 326 min manat) olaraq müəyyən edilib.
Beləliklə, bu il Yeni il gecəsi türkiyəli ulduzlar təkcə səhnədə deyil, qazanc baxımından da bir-birilə rəqabət aparacaqlar.