Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2025 15:30
Amerikalı kino ulduzu Robert De Niro Bakıda restoran açmağa hazırlaşır.
Sonxeber.net xəbər verir ki, bu barədə Xalq artisti Emin Ağalarov "Instagram" hesabında məlumat verib.
O, Robert De Nironun da təsisçisi olduğu məşhur brendin Azərbaycanda və Monteneqronun aparıcı kurort bölgələrində fəaliyyətə başlayacağını açıqlayıb.
"Emin Ağalarov ilə brendimizin əməkdaşlığı uzun bir tarixə malikdir. Hələ 2009-cu ildə tərəfdaşlar Rusiyada ilk restoranını açmış, 2015-ci ildə isə ikinci layihəni şəxsən brendin təsisçilərinin iştirakı ilə təqdim etmişdilər. Çoxillik dostluq və əməkdaşlıq yeni bir fəslə - Bakıda və Monteneqroda "Sea Breeze" ərazisində layihəyə başlanğıc qoyub", - deyə o qeyd edib.