Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aynur Dadaşovanın evində xeyir iş olacaq

Aynur Dadaşovanın evində xeyir iş olacaq

Tarix: 17 Oktyabr 2025 20:20

Müğənni Aynur Dadaşovanın evində xeyir iş olacaq.

Sonxeber.net xəbər verir ki, sənətçi dünyasını dəyişən bacısının qızına toy edəcək. Bu haqda Aynur "Öz aramızda" proqramında danışıb. O bildirib ki, nişan gələn ilin aprelində planlaşdırılır:

"O mənim böyük qızımdır. Ailələrimiz bir-birini tanıyıb, bəyənib. Gözəl, alicənab insanlardır. Onun ailə qurmasına qarışmaram. Hansı zəmanədə yaşayırıq? Gənclər özləri bir-birini bəyənib, seçib. Qızımın 19 yaşı tamam olub, 20 yaşa keçib".

Qeyd edək ki, Aynurun 2 övladı var. İfaçının bacısı bir müddət əvvəl xərçəngdən dünyasını dəyişib. (Axşam.az)


Etiketlər:  Aynur Dadaşovanın evində xeyir olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ