Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cəlilabadda itkin düşən 14 yaşlı oğlan Bakıda tapılıb - YENİLƏNİB

Cəlilabadda itkin düşən 14 yaşlı oğlan Bakıda tapılıb - YENİLƏNİB

Tarix: 2 Iyun 2023 22:18

Bir neçə gün bundan əvvəl itkin düşən yeniyetmə tapılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Cəlilabad rayon sakini 2009-cu il təvəllüdlü Pünhan Ceyhun oğlu Quliyevin tapılması istiqamətində zəruri axtarış tədbirləri həyata keçirilib.

Keçirilən axtarış tədbirləri nəticəsində P.Quliyevin Bakı şəhərində olduğu məlum olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, azyaşlının olduğu yer müəyyən edilib və o, artıq ailəsinə təhvil verilib.

--------

10:24

Cəlilabad rayonunda 14 yaşlı məktəbli itkin düşüb. 

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Suluçeşmə kənd sakini, 2009-cu il təvəllüdlü Pünhan Ceyhun oğlu Quliyev mayın 30-da yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. 

Məlumata görə, evdən çıxarkən onun əynində ağ köynək, əlində çanta olub.

Onu görən şəxslərdən DİN-in "102" xidmətinə və ya ərazi üzrə polis orqanlarına məlumat vermələri xahiş olunur. 

Milli.Az


Etiketlər:  Cəlilabadda itkin düşən 14 yaşlı oğlan Bakıda tapılıb YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ