Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bomj''lar 700 minlik evini ələ keçirdi

''Bomj''lar 700 minlik evini ələ keçirdi

Tarix: 9 May 2025 12:15

Türkiyəli məşhur aktrisa Ezgi Mola xoşagəlməz hadisə ilə üzləşib.

Sonxeber.net xəbər verir ki, aktrisanın İspaniyanın Barselona şəhərində aldığı evinə basqın olub.

Ezgi Mola təxminən 700 min avro ödəyərək bu mənzili alıb. Lakin aktrisanın sevincini çox çəkməyib. Belə ki, İspaniyada "okupas" adlandırılan ev işğalçıları onun mənzilini ələ keçiriblər.

Məlumata görə, Ezgi Mola Barselonada aldığı evə bir müddət getmədiyi üçün evsizlər qrupu mənzili boş görərək içəri girib və orada yaşamağa başlayıb. İspaniya qanunlarına görə, evə girən bu şəxsləri çıxarmaq üçün uzun və çətin məhkəmə prosesi tələb olunur. Bu səbəbdən də aktrisa böyük maddi və mənəvi zərərə məruz qalıb.

Ezgi Molanın dostlarına "Xəyal qırıqlığı yaşadım, bu ölkədə ev almaq mənim üçün kabusa çevrildi" dediyi bildirilir. Hazırda aktrisanın vəkilləri məsələ ilə bağlı hüquqi prosedurlara başlayıblar.

Musa


Etiketlər:  Bomjlar minlik evini ələ keçirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ