Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Oktyabr 2019 18:20
Millimizin üzvü Ramil Şeydayev qış transferi pəncərəsi dövründə "Dinamo"dan ayrıla bilər.
Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, 23 yaşlı hücumçunun müqaviləsində tərəflərin təzminat ödəmədən əməkdaşlığın ləğvi ilə bağlı bəndin yer aldığı bildirilib.
"Dinamo" rəhbərliyinin gələn mövsüm Premyer Liqada tətbiq ediləcək yeni limit səbəbindən Şeydayevlə yolları ayırmaq variantına baxdığı vurğulanıb.
Qeyd edək ki, Ramil bu mövsüm Rusiya Premyer Liqasında oynadığı 7 matçda qol vura bilməyib. O, 2019-cu ilin yayından Moskva təmsilçisində çıxış edir.