Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2023 20:18
Rusiya Federasiyasının beynəlxalq maliyyə ehtiyatları ötən həftə ərzində 3 milyard dollar azalaraq 586,3 milyard dollar təşkil edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Bankı məlumat yayıb.
"Beynəlxalq ehtiyatların həcmi yenidən qiymətləndirmə, habelə fiskal qayda çərçivəsində həyata keçirilən əməliyyatlar nəticəsində bir həftə ərzində 3 milyard ABŞ dolları və ya 0,5% azalaraq mayın 26-na 586,3 milyard ABŞ dolları təşkil edib.", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, Ukraynada hərbi münaqişəyə başlamazdan öncə 2022-ci ilin yanvar ayına olan məlumata əsasən Rusiyanın ehtiyatları 640 milyard dollara yaxın idi.