Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Oktyabr 2019 19:24
"Avqustda etdiyimizi təkrarlamağa çalışacağıq. Çünki qrupda xal qazanmamışıq. Bu qələbəyə çox ehtiyacımız var".
Qol.az-ın məlumatına görə, bunu APOEL-in futbolçusu Roman Bezyak Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ"la səfər oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.
Sloveniyalı hücumçu Ağdam klubunun hansısa cəhətindən çəkinməli olduqlarını düşünmədiyini söyləyib: "Bu rəqibi bu il Bakıda üstələmişik. Bu dəfə öz oyunumuzu nümayiş etdirə bilsək, müsbət nəticə qazanacağıq. Hər bir oyun 0:0 hesabı ilə başlayır. Qrup mərhələsindəki digər görüşlərin önəmi yoxdur. "Qarabağ"a qalib gəldiyimiz oyunda da stadion dolu idi. Azarkeş amili çıxışımıza təsir göstərməyəcək. Qisas haqda düşünüb-düşünməmək "Qarabağ"ın öz işidir".
Qeyd edək ki, oktyabrın 24-də keçiriləcək oyun saat 20:55-də başlayacaq.