Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qvardiolanın 34-cü kuboku

Qvardiolanın 34-cü kuboku

Tarix: 3 Iyun 2023 23:42

Pep Qvardiola məşqçilik karyerasında 34-cü kubokunu qazanıb.

Milli.Az matc.az-a istinadən bildirir ki, ispaniyalı çalışdırıcının rəhbərliyi altında "Mançester Siti" finalda "Mançester Yunayted"i məğlub edərək, İngiltərə kubokunun qalibi olub - 2:1.

Pep əvvəllər "Barselona"nı çalışdırarkən 14 kubok, daha sonra "Bavariya"da daha 7 titul qazanıb.
 
O, ingilis klubu ilə 7 ildə 13-cü kuboka sahib çıxıb.
 
Belə ki, beş dəfə İngiltərə liqasının qalibi olan Qvardiola dörd İngiltərə Liqa Kuboku, iki İngiltərə Super Kuboku və iki İngiltərə Kubokuna yiyələnib.

Milli.Az


Etiketlər:  Qvardiolanın 34 kuboku


RƏYLƏR