Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2023 23:56
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün yeni hökumət üzvlərinin adlarını açıqlayıb.
Sonxeber.net TurkicWorld-a istinadən xəbər verir ki, yeni prezident Ərdoğan MÜSİAD üçüncü dönəm rəhbəri Ömər Bolatı ticarət naziri təyin edib.
Ömər Bolat 30 avqust 1963-cü ildə İstanbulda anadan olub.
O, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) baş katibi vəzifəsində çalışmağa başlayıb.
MÜSİAD İdarə Heyətindəki on beş illik fəaliyyəti dövründə 2004-2008-ci ilin aprel ayları arasında yeddi il Baş Katib, dörd il sədr müavini, dörd il isə MÜSİAD sədri vəzifələrində çalışıb.
2000-ci ilin may ayından ALBAYRAK Holding A.Ş.-də Baş Koordinator vəzifəsində çalışır.
Məlumat üçün qeyd edək ki, MÜSİAD-ın 81 ölkədə, 164 məntəqədə ümumilikdə 12 mindən çox üzvü, Türkiyədə isə 83 şöbəsi var.
Bu il MÜSİAD 33 yaşını qeyd edib.