Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2023 00:32
Fransanın Lüteran Kilsəsinin keşişi Deniel Bossenbaher kilsədə dirək rəqsi ilə şoular təşkil edir. Bu səbəbdən o, anonim təhdidlər almağa başlayıb.
Bu barədə kilsənin pastoru özü xəbər verib.
Bossenbaher bununla belə aprel ayından başlayan dirək rəqsi ilə şouya davam ediləcəyini bildirib.
Məlumata görə, Strasburqdakı Sen-Qiyom kilsəsində təşkil olunan dirək rəqsi şou-tamaşanın bir hissəsidir. İfaçı isə pilon idmanı üzrə Fransa və Avropa çempionu Vinsent Qrobelnıdır. Tamaşa zamanı sinədən çılpaq Qrobelnı klassik musiqinin müşayiəti ilə akrobatik etüdlər ifa edir.
Premyeradan dərhal sonra Bossenbaher anonim təhdidlər almağa başlayıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, təhdidi məktublarının birində deyilirdi ki, kilsədə rəqs və musiqi olmamalıdır. Bundan başqa məktubda baş kəsmə təhdidi ilə bağlı sətirlər də olub. Digər məktubla keşişin "açarları rəqs edən ilana verdiyi" və buna görə də "başı kəsilməli olduğu" bildirilib.
Pastor kömək üçün polisə müraciət edib və hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları kilsədə daim növbə çəkirlər.
Şou isə çox məşhur olub, ilk iki gündə 1000-ə yaxın insan kilsəni ziyarət edib. Buna görə də təhdidlərə baxmayaraq, Bossenbaher tamaşadan imtina etməyib, əksinə əlavə təhlükəsizlik tədbirləri ilə bağlı polislə razılaşıb.
Qrobelnının pilondakı növbəti çıxışı iyunun 8-i və 9-na planlaşdırılır.
Bossenbaher hesab edir ki, heç bir halda fanatiklərin hədələrinə boyun əymək olmaz. O əlavə edib ki, dirək rəqsi haqqında danışarkən insanlar çox vaxt kabare, striptiz və bu kimi başqa şeylər haqqında düşünürlər, lakin bu, belə deyil.
"Dirək rəqsi idman və sənətdir. Onlarda təxribatçı heç nə yoxdur. Bu jonqlyorluq və ya hava gimnastikası kimi sirk janrıdır. İstənilən sənət kilsəyə daxil olur: biz orada rəssamlıq nümunələri görürük, musiqi dinləyirik, oxuyuruq. Rəqs də sənətdir", - deyə o bildirib.