Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Keçmiş səfir: Azərbaycan Qoşulmama Hərəkatına rəhbərliyi dövründə regionda sülh və təhlükəsizliyin təmin olunmasında böyük addımlar ata bilər

Keçmiş səfir: Azərbaycan Qoşulmama Hərəkatına rəhbərliyi dövründə regionda sülh və təhlükəsizliyin təmin olunmasında böyük addımlar ata bilər

Tarix: 23 Oktyabr 2019 19:54

Bakı. Elnur Bağışov - Trend:

Azərbaycan dünyada nüfuzlu ölkə kimi tanınır.

Bunu İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin Trend-ə özəl açıqlamasında deyib.

M.Pakayinin sözlərinə görə, böyük və beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkənin dünyanın diqqət mərkəzinə çevrilməsinə səbəb olub.

Keçmiş diplomat əlavə edib ki, bu da Azərbaycanın digər ölkələrlə əməkdaşlıqlarının artmasına təkan verir.

“Azərbaycan Qoşulmama Hərəkatına rəhbərliyi dövründə regionda sülh və təhlükəsizliyin təmin olunmasında böyük addımlar ata bilər”.

Sabiq səfir deyib ki, Qoşulmama Hərəkatı Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın mövqeyi elan olunmaqla dinc yolla həllinə kömək edə biləcək mühüm platformadır.

Xatırladaq ki, Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü oktyabrın 25-26-da Bakıda keçiriləcək. Oktyabrın 23-24-də isə təşkilata üzv ölkələrin Xarici İşlər nazirləri sammitə hazırlıq məsələlərini müzakirə edəcəklər.

Qoşulmama Hərəkatının Bakıda keçiriləcək XVIII Zirvə Görüşünə, ümumilikdə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri qatılacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Keçmiş səfir Azərbaycan Qoşulmama Hərəkatına rəhbərliyi dövründə regionda sülh təhlükəsizliyin təmin olunmasında böyük addımlar bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ