Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyun 2023 08:16
Seneqalın Rabitə Nazirliyi, "nifrət dolu və pozucu mesajların" yayılması səbəbindən ölkə daxilində mobil internetin bağlandığını açıqlayıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, internetə daxil olmaq üçün sakinlərə Wi-Fi şəbəkəsinə qoşulmaq tövsiyə olunur.
"Ölkənin müəyyən ərazilərində ictimai asayişin pozulması kontekstində nifrət və pozucu mesajların yayılması ilə əlaqədar olaraq, müəyyən vaxt intervallarında mobil internet müvəqqəti olaraq dayandırılır", - nazirliyin açıqlamasında bildirilir.
Qeyd olunur ki, mobil operatorlardan bu tələbə əməl etmək tələb olunur.