Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı bloger doğum günü üçün Maldivə yollandı - VİDEO - FOTO

Azərbaycanlı bloger doğum günü üçün Maldivə yollandı - VİDEO - FOTO

Tarix: 5 Iyun 2023 13:20

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloger və iş adamı Hüseyn Həsənov ad günü ərəfəsində Maldiv adalarına yollanıb.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki,  bloger istirahət etmək və doğum gününü əyləncəli şəkildə keçirmək üçün adada suyun üzərində inşa olunan lüks kotec kirayələyib.

Çoxotaqdan ibarət kotecin 4 sanitar qovşağı var. Diqqət çəkən məqam isə otağın düz ortasında vannanın olması olub. 

Kotecin ən üstün və özəl cəhəti dənizə birbaşa keçidin olmasıdır. 

Hüseyn "room tour"unu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşərək, iki gün sonra doğum gününə hazırlaşdığını diqqətə çatdırıb.

Milli.Az


Etiketlər:  Azərbaycanlı bloger doğum günü üçün Maldivə yollandı VİDEO FOTO


RƏYLƏR