Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Anatolian Phoenix – 2023” beynəlxalq təlimi başlayıb - FOTO

“Anatolian Phoenix – 2023” beynəlxalq təlimi başlayıb - FOTO

Tarix: 5 Iyun 2023 20:57

Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçirilən "Anatolian Phoenix - 2023" ("Anadolu Ankası - 2023") beynəlxalq axtarış-xilasetmə təlimi başlayıb.

Bu barədə Milli.Az-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, əvvəlcə təlimin ssenarisi və keçiriləcəyi ərazi, hazırlıq prosesi, təhlükəsizlik qaydaları, həmçinin müxtəlif mərhələlər üzrə icra olunacaq tapşırıqlar barədə brifinq təqdim olunub.

İyunun 16-dək davam edəcək beynəlxalq təlimdə ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları, texniki heyəti və aviasiya vasitələri ilə yanaşı, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçuları təmsil edəcək.

Milli.Az


Etiketlər:  Anatolian Phoenix 2023 beynəlxalq təlimi başlayıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ