Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyada bir azdan atışmalar başlayacaq - Ekspert

Rusiyada bir azdan atışmalar başlayacaq - Ekspert

Tarix: 6 Iyun 2023 13:54

Hazırda Rusiyada iki silahlı cinayətkar qrup arasında müharibə gedir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki,bu sözləri ukraynalı eksert Boris Tizenhauzen "Vaqner" rəhbəri Yevgeni Priqojinin rus ordusunun polkovnik-leytenantını girov götürməsi ilə bağlı açıqlamasında deyib.

O bildirib ki, tezliklə Rusiyada silahlı atışmalar başlayacaq:

"Priqojin indi Müdafiə Nazirliyinin qırmızı xətlərini yoxlayır. Əvvəlcə o, sadəcə Şoyqu və Gerasimovu ittiham edirdi. İndi isə polkovnik-leytenantı girov götürdü. Sanki Müdafiə Nazirliyinə daxil olub avtomatla hamını çölə çıxarmağa haqqı olduğunu deyir. Düşünün, özəl hərbi şirkət nazirlikdən mərmi tələb edir, naziri ittiham edir, nazirlikdən onların işlərinə mane olanları müəyyən edir. Kreml qüllələri səbəbsiz silkələnmir, bu, qurbağa ilə gürzənin görüşüdür, yanlarında olan hörümçəklər də qəzəblənir".

Milli.Az


Etiketlər:  Rusiyada bir azdan atışmalar başlayacaq Ekspert


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ