Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2023 18:50
Müğənni Yaşar Cəlilov övladı ilə illər sonra görüşməsindən danışıb.
Sonxeber.net olay-a istinadən bildirir ki, bu barədə o, Məcid Hüseynovun "Çörək kəsmişik" layihəsində açıqlama verib. Yaşar deyib ki, qızı onu uzun müddət sonra görməyinə baxmayaraq tanıyıb:
"Uşağımı 3 il 4 ay ümumiyyətlə görmədim. Uşaq məni görəndə tanıdı. Hətta bilir ki, atası ifaçıdır. Bu haqda çox danışmaq istəmirəm. İndi hər şey çox gözəldir. Uşağımı görürəm, təmasdayam. Dünyanın ən xoşbəxt atasıyam. Sonunda yaxşı hisslər yaşayacağımı bildiyim üçün çətin gəlmədi. Düşünürdüm ki, hər şeyi zamana buraxmaq lazımdır. Bilirdim ki, nəticə yaxşı olacaq. Belə də oldu. Hər insan istəyər ki, övladı, nəvəsi ata-anasıyla böyüsün, xoşbəxt olsun. Bu gün də böyüklər bunu istəyir, onun üçün çalışdıq. Haqq öz yerini tapdı".