Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2023 07:12
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Derek Hoqanla telefon danışığı zamanı Azərbaycanla münasibətlərin normallaşmasını müzakirə edib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Danışıqlar zamanı həmçinin bir neçə gün sonra Vaşinqtonda planlaşdırılan görüş ərəfəsində Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinin əsas məsələləri, o cümlədən sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyinin təmin edilməsi, hüquq və müdafiə məsələləri müzakirə edilib.
Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN başçılarının 12 iyunda Vaşinqtonda görüşü gözlənilir.