Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pensiya alanlara ŞAD XƏBƏR

Pensiya alanlara ŞAD XƏBƏR

Tarix: 9 Iyun 2023 12:44

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə iyun ayının pensiyaları ödənilib.

Bu barədə Milli.Az-a nazirlikdən məlumat verilib. Məlumatda bildirilir ki, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Yaxın günlərdə respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının da ödəniləcəyi qeyd edilib.

Milli.Az


Etiketlər:  Pensiya alanlara ŞAD XƏBƏR


RƏYLƏR