Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məktəbə açıq-saçıq geyimdə gələn MƏŞHUR DANLANDI

Məktəbə açıq-saçıq geyimdə gələn MƏŞHUR DANLANDI

Tarix: 9 Iyun 2023 20:36

Rusiyalı supermodel İrina Şeyk uşağını məktəbdən götürmək üçün açıq-saçıq geyimdə gəlib və internetdə danlanıb. 

Sonxeber.net lent.az-a istinadən bildirir ki, müvafiq material və şərhlər "Daily Mail" saytında dərc olunub.

Paparazzinin çəkdiyi kadrlarda tünd göy rəngli cins kostyumda və qara uclu hündürdaban çəkmədə olan 37 yaşlı model qızı Leyanı əlindən tutaraq aparıb. Eyni zamanda aşağı belli şalvar məşhurun qarnını açıb, açıq cins gödəkçənin altından isə büstqalterlə örtülmüş sinənin bir hissəsi görünüb. Bundan əlavə, Şeyk saçlarını aşağı salıb və görünüşünü gün eynəyi, həcmli halqa sırğalar və tünd parça kürək çantası ilə tamamlayıb.

İnternet istifadəçiləri modelin xarici görünüşünü tənqid ediblər. İstifadəçilər "Axmaq obraz", "Qızı belə anasının geyimindən utanır", "Uşağı məktəbdən götürmək üçün kim belə geyinir?", "Məşhurlar yaşlandıqca paltarları da az olur", "Necə ayıbdır" ", "Balaca qızı belə üzünü örtür, anasından xəcalət çəkir", "Dəhşət", "Ört, ört" kimi qəzəbli sözlər yazıblar.


Etiketlər:  Məktəbə açıq saçıq geyimdə gələn MƏŞHUR DANLANDI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ