Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çempionlar Liqası: Final oyununda təhlükəsizliyi 15 minə yaxın polis təmin edəcək

Çempionlar Liqası: Final oyununda təhlükəsizliyi 15 minə yaxın polis təmin edəcək

Tarix: 9 Iyun 2023 21:44

İyunun 10-da İstanbulda İngiltərənin "Mançester Siti" və İtaliyanın "İnter" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının final oyununda təhlükəsizliyi 15 minə yaxın türk polisi təmin edəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə şəhər valisi Davut Gül açıqlama verib.

O, matçla bağlı hazırlıqların başa çatdığını bildirib: "Hər şey mükəmməldir. Təxminən 15 min polis əməkdaşı asayişi qoruyacaq. Qarşılaşmaya 70 minə yaxın tamaşaçı gələcək ki, bunların 52 mini əcnəbilərdir".

Qeyd edək ki, Atatürk Olimpiya Stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Milli.Az


Etiketlər:  Çempionlar Liqası Final oyununda təhlükəsizliyi 15 minə yaxın polis təmin edəcək


RƏYLƏR