Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Boris Conson deputatlıqdan istefa verib

Boris Conson deputatlıqdan istefa verib

Tarix: 10 Iyun 2023 07:38

Boris Conson deputatlıqdan istefa verdiyini açıqlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, keçmiş baş nazir deyib ki, o, koronavirus pandemiyası zamanı karantin rejimini pozması ilə bağlı deputatlara yalan danışıb-danışmadığını araşdıran komissiyadan məktub alıb.

"Məni parlamentdən çıxarmaq üçün mənə qarşı proseslərdən istifadə etməkdə qərarlı olmaqları məni çox təəccübləndirib", - deyə keçmiş baş nazir bildirib.

Buna görə də o, Aksbric və Cənubi Rayslip dairəsinin deputatlığından istefa verdiyini bildirib.

"Mən öz gözəl seçki dairəmi tərk etdiyim üçün çox təəssüflənirəm. Onlara həm mer, həm də deputat kimi xidmət etmək böyük şərəf olub",- deyə o, bildirib.

Milli.Az


Etiketlər:  Boris Conson deputatlıqdan istefa verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ