Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2023 10:16
BMT-nin Əhali Fondunun hesablamalarına görə, Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması müşahidə olunur.
Əgər vəziyyət bu cür davam edərsə, 2050-ci ilədək hər il doğulan oğlan uşaqlarının sayı qızların sayından 12000-15000 nəfər çox olacaq.
Aparılan tədqiqata görə, kişilərin 6 faizi, qadınların isə 17,5 faizi qız uşaqlarının daha çox olmasına üstünlük verir. Kişilərin 41.5 faizi, qadınların 18.3 faizi oğlan uşaqlarının daha çox olmasının tərəfdarıdır.
Qanunvericiliyə görə, Azərbaycanda selektiv abortların aparılması qadağandır.
Sonxeber.net Xəzər TV-yə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: