Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2023 12:15
"Barselona"nın keçmiş müdafiəçisi Jerar Pike ilə 11 illik münasibətini bitirdikdən sonra çətin günlər yaşayan müğənni Şakira şəxsi həyatı ilə gündəmdən düşmür.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, ifaçı sevgili olduğu iddia edilən "Formula 1" pilotu Lyuis Hemiltonla yenidən səmimi görüntülənib. İkili ötən gün Hemiltona məxsus 230 min dollarlıq qayıqla Mayami sahillərində gəzintiyə çıxarkən obyektivlərə tuş gəlib.
Qeyd edək ki, Şakira Pikedən xəyanətə görə ayrılıb. Onların iki oğul övladı var - 9 yaşlı Milan və 7 yaşlı Saşa.