Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Trüdo Rusiyanın müsadirə olunan “An-124” təyyarəsini Ukraynaya verəcək

Trüdo Rusiyanın müsadirə olunan “An-124” təyyarəsini Ukraynaya verəcək

Tarix: 11 Iyun 2023 12:32

Ukraynaya səfərə gələn və Prezident Volodimir Zelenski ilə görüşən Kanadanın Baş naziri Castin Trüdo ötən il Torontoda saxlanılan Rusiyaya məxsus "An-124" təyyarəsini Kiyevə təhvil verəcəyini bildirib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, C.Trüdo Ottavanın Moskvaya qarşı yeni sanksiyalar paketi tətbiq etmək qərarını da açıqlayıb. Məhdudiyyətlər 24 nəfər və 17 təşkilatı əhatə edəcək.

Kanadanın Baş naziri bildirib ki, Kiyevə növbəti hərbi yardım paketi 500 milyon dollar təşkil edəcək. Onun sözlərinə görə, ötən ildən Ottava Ukraynaya 8 milyard dollar yardım, eləcə də 1 milyard dollar hərbi dəstək ayırıb.


Etiketlər:  Trüdo Rusiyanın müsadirə olunan təyyarəsini Ukraynaya verəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ