Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2023 23:56
Ukrayna hərbçiləri Donetsk vilayətinin Makarovka qəsəbəsini azad edib, həmçinin Baxmut istiqamətində və cənubda irəliləyib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.
"Baxmut istiqamətində qoşunlarımız hücum əməliyyatlarını davam etdirir. Berxovski su anbarı ərazisində uğurlar əldə edilib. 250 metr irəliləmişik. Müdafiə olunduğumuz istiqamətlərdə isə bir dənə də olsun mövqe itirməmişik", - deyə o bildirib.