Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2023 11:08
Azərbaycanın bədii gimnastika üzrə yığmasının üzvləri Ləman Əhmədli və Fidan Ələddinova Latviyanın Kekava şəhərində keçirilən "Fairy Dust" beynəlxalq turnirində medal qazanıblar.
Sonxeber.net bu barədə bazar ertəsi Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.
Azərbaycanlı idmançılar topla hərəkətlər üzrə ikinci və üçüncü yerləri tutublar.
Ləman Əhmədli gümüş medal, Fidan Ələddinova isə bürünc medal qazanıblar.
Yarışlar 9-11 iyun tarixlərində keçirilib.