Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı-Sumqayıt qatarlarına kağız biletlərin satışı dayandırılır

Bakı-Sumqayıt qatarlarına kağız biletlərin satışı dayandırılır

Tarix: 12 Iyun 2023 11:22

İyulun 1-dən "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlara (Bakı-Sumqayıt-Bakı) kağız biletlərin satışını dayandıracaq.

Bu barədə Milli.Az-a ADY-dən bildirilib.

Məlumata görə, məqsəd rəqəmsal ödənişlərin genişləndirilməsi, köşklərdə və kassalarda növbələrin aradan qaldırılması və kağız istifadəsi nəticəsində ətraf mühitə dəyən zərərin qarşısının alınmasıdır. Müvafiq marşrut üzrə qatarlarda gediş NFC-ni dəstəkləyən bank və ya ADY-yə məxsus gediş kartları ilə təmassız və rahat şəkildə həyata keçirilə bilər.

ADY-yə məxsus gediş kartlarını Abşeron dairəvi dəmir yolu marşrutu üzrə fəaliyyət göstərən bütün stansiyaların kassalarından əldə etmək olar. Kartın qiyməti 2 manatdır.

Sərnişinlər ADY gediş kartlarından istifadəni dayandırdıqları təqdirdə kartları kassalara təhvil verməklə kart üçün ödənilmiş və balansda olan məbləği geri ala bilərlər.

Milli.Az


Etiketlər:  Bakı Sumqayıt qatarlarına kağız biletlərin satışı dayandırılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ