Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda bəzi yollarda xətlənmə işləri aparılır - VİDEO

Bakıda bəzi yollarda xətlənmə işləri aparılır - VİDEO

Tarix: 13 Iyun 2023 13:10

Bakıda yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə aidiyyəti qurumlarla birgə razılaşdırılmış şəkildə Zağulba prospekti, Mərdəkan şosesi, Heydər Əliyev prospekti və Yusif Səfərov küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi və zəruri yerlərdə yol nişanlarının dəyişdirilməsi işləri icra olunur.

Bu barədə Milli.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Sadalanan işlər iyunun 18-nə qədər davam edəcək.

İşlər gündüz saat 10:00-17:00, gecə saat 23:00-05:00 aralığında icra olunur. Bu səbəbdən sözügedən ərazilərdə işlərin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq digər zolaqlara yönəldilir. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan tarixlərdə sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Milli.Az


Etiketlər:  Bakıda bəzi yollarda xətlənmə işləri aparılır VİDEO


RƏYLƏR