Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyun 2023 14:36
Qısa müddət ərzində biz iki dövlət bir millət, tək orduya çevrildik.
Sonxeber.net xəbər verir ki, bu sözləri TurkicWorld-a özəl açıqlamasında terror və təhlükəsizlik məsələləri üzrə türkiyəli ekspert Abdullah Ağar deyib.
O bildirib ki, Ərdoğan Türkiyə prezidenti seçildikdən sonra ənənəyə sadiq qalaraq Şimali Kipr Türk Respublikasını və Azərbaycanı ziyarət etdi.
"Prezident ilk ziyarətlərini iki dost və qardaş bölgəyə edir. Eyni zamanda bu, birlikdə inkişaf edən bir strategiyanın, siyasətin və iş birliyinin iradəsinin göz önünə qoyulması deməkdir. Türkiyə və Azərbaycan həm strateji, həm siyasi baxımdan bir olduqlarını hər zaman dilə gətirir. Qısa müddət ərzində biz iki dövlət bir millət, tək ordu yanaşması çərçivəsində strategiya yaradan dost və qardaş ölkəyə çevrildik", - deyə Abdullah Ağarın sözlərinə görə, görüş zamanı qarşıda duran yeni vəziyyət və məsələlərlə bağlı çox ciddi müzakirələr aparılacaq.
"Bu gün hər kəsin gözü Qafqaz və Türk dünyasındadır, hər kəs, Qafqazlar Türkiyə və Türk dünyası ilə bağlı siyasət və strategiyalarını inkişaf etdirməyin tərəfdarıdır. Bu baxımdan Azərbaycan və Türkiyənin müştərək hərəkət etməsi son dərəcə önəmli bir məsələdir",- deyə Ağar vurğulayıb.
Ekspert bildirib ki, bugünki görüş dünyaya sonuna qədər birik mesajını verəcək.
"Biz birik, əgər başqa bir niyyət və məqsədiniz varsa, bizi birlikdə düşünün. Biz ağır bir imtahanla qardaşlığımızı sübut etdik, strateji iş birliyimizi və ortaq siyasətimizi ortaya qoyduq",- deyə A.Ağar qeyd edib.