Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2023 22:32
Sverdlovsk vilayətində 14 yaşlı məktəbli qız pivədən ölüb.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, qızın rəfiqəsi ilə kirayədə yaşadığı və orada spirtli içki qəbul etdiyi müəyyənləşib.
Qız özünü pis hiss edib və uzanmaq üçün qonşu otağa keçib. Gecə gələn təcili tibbi yardım həkimləri onun öldüyünü bildiriblər,
Araşdırma zamanı məlum olub ki, məktəblinin ölümünə anafranil həbləri səbəb olub. Bu dərman isə alkoqol ilə uyğun deyil.
Yeniyetmənin meyitində zorakılıqla ölüm əlaməti olmayıb.
Ölümün dəqiq səbəbi müayinədən sonra məlum olacaq.