Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident: Pakistan Ermənistanla diplomatik münasibətlər qurmayıb və bu, qardaş ölkə mövqeyidir

Prezident: Pakistan Ermənistanla diplomatik münasibətlər qurmayıb və bu, qardaş ölkə mövqeyidir

Tarix: 15 Iyun 2023 14:12

Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir və bu, məhz işğal səbəbindən baş vermişdir. Bu isə qardaş ölkə mövqeyidir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında səsləndirib.

Hazırda Azərbaycan ilə Ermənistan arasında sülh sazişi üzrə gedən danışıqlarla bağlı Baş nazirə məlumat verdiyini deyən dövlətimizin başçısı qeyd edib: "Bu sazişin imzalanmasının perspektivləri var. Sadəcə olaraq, Ermənistan siyasi iradə nümayiş etdirməlidir, artıq rəsmi olaraq bəyan etdiklərini kağız üzərində həkk etməlidir ki, Qarabağ Azərbaycandır".


Etiketlər:  Prezident Pakistan Ermənistanla diplomatik münasibətlər qurmayıb qardaş ölkə mövqeyidir


RƏYLƏR