Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2023 15:10
Hindistanın Maharaştra ştatında sahil zonasını vuran "Biparca" siklon qasırğası çimərlikdə olan insanlara dəhşət yaşadıb. Sosial şəbəkələrdə bununla bağlı kadrlar paylaşılıb. Kadrlarda sahili vuran dalğanın onlarla insanı özü ilə aparması əks olunub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bildirilir ki, dalğa sahildəki dükanlara kimi gəlib. Nəticədə texnika mağazasında bir neçə nəfəri elektrik cərəyanı vurub.
Hindistan Meteorologiya Xidməti küləyin sürətinin saniyədə 41 metrə çatacağı ilə bağlı xəbərdarlıq edib.
Bildirilir ki, siklon cümə axşamı Qucarata çatacaq. Bununla əlaqədar ştatın sahillərindən 8000-dən çox insan təxliyə edilib.
Qucarat sahillərindəki limanlar, o cümlədən ölkənin ən böyük konteyner limanı qasırğa səbəbindən öz işini dayandırıb. Proqnozlara görə, təbii fəlakət iyunun 15-dək davam edəcək.