Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2023 07:42
Bədənimiz yaşlandıqca, beynimiz istər-istəməz dəyişməyə başlayır. Bu yaxınlarda aparılan bir araşdırma 60 yaşa qədər beynin məlumatı emal etmə sürətinin dəyişməz qaldığını göstərsə də, bu yaşdan sonra sürəyin zəiflədiyini sübut edib.
Orta hesabla 60 yaşa qədər beynin yaddaş və təfəkkürə cavabdeh olan əsas sahələri - ön hissə və hipokampus tədricən kiçilir. Həmçinin beynin ağ maddəsi, neyronlar arasında siqnal ötürən sinir lifləri azalır.
Sonxeber.net "Medicina"ya istinadən xəbər verir ki, qocalmış beyin "xoşbəxtlik hormonları" dopamin və serotonin də daxil olmaqla daha az neyromediatr ifraz edir.
Bütün bunlar depressiya, yaşla bağlı intellektin azalması və Alzheimer xəstəliyi kimi neyrodegenerativ xəstəliklər riskini artırır.
Beynin qocalma prosesini tamamilə dayandırmaq mümkün olmasa da, onu ləngitməyə kömək edəcək elmi əsaslı tövsiyələri təqdim edirik:
1. Magistral yol kənarı ilə getməyin, orda qaçmayın. Daimi fiziki fəaliyyət beyin üçün çox faydalıdır, çünki neyronlarda mitoxondriyaların (enerji "yarımstansiyaları") sayını artırmağa kömək edir. Amma qaçış və gəzinti üçün park, orman, ara yolları seçin.
3. Qan təzyiqi üçün dərman qəbul edin. Bu dərmanlar yaşla əlaqədar intellektin azalmasını yavaşlatır və demansdan qoruyur.
4. Yaşıl salat və qırmızı bibər yeyin. Yaşıl yarpaqlı tərəvəzlər və parlaq rəngli tərəvəz və meyvələr flavonoidləri, bitki piqmentlərini ehtiva edir.
5. Qalxanvari vəzi müntəzəm olaraq yoxlayın. Qalxanabənzər vəz kifayət qədər tiroksin hormonu istehsal etmirsə, bu, intellektin azalmasına və yaddaşın pozulmasına səbəb ola bilər.