Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sosial şəbəkələrin fəaliyyətində nasazlıq yaranıb

Sosial şəbəkələrin fəaliyyətində nasazlıq yaranıb

Tarix: 17 Iyun 2023 01:16

Dünyanın bir sıra ölkələrində sosial şəbəkələrin fəaliyyətində problemlər müşahidə olunur.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə məşhur internet resursların işini izləyən "Downdetector" xidmətinin səhifəsində bildirilib.

"Facebook", "Instagram", "Whatsapp"ın işindəki nasazlıqlardan ən çox ABŞ, Böyük Britaniya və Kanadada sosial şəbəkə istifadəçiləri şikayət edirlər.

Xidmətin məlumatına görə, "Instagram"da istifadəçilərin 19 %-i saytın fəaliyyətindəki nasazlıqdan, 62 %-i tətbiqdəki problemdən, daha 19 %-i isə öz hesablarına daxil ola bilmədiyindən şikayətlənib.

Öz növbəsində, "Facebook"da ən çox nasazlıq saytın fəaliyyətində qeydə alınıb - 82%, istifadəçilərin daha 10%-i proqramda, 8%-i isə serverə qoşulma zamanı çətinliklərlə üzləşib.

"WhatsApp" messencerində istifadəçilər ismarış göndərmə (63%) və tətbiqdəki (27%) problemlərdən şikayətlənirlər.

Milli.Az


Etiketlər:  Sosial şəbəkələrin fəaliyyətində nasazlıq yaranıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ