Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2023 08:50
"Yəhudi dostlarım Zelenskidən utanır".
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı deyib.
O, Ukrayna prezidenti Volodimir Zelenskini nasistlərlə hərəkət etməkdə ittiham edib:
"Qərblilərin çıxışlarından belə nəticəyə gəlirəm ki, onlar nasistlərin tərəfindədirlər. Çoxlu yəhudi dostum var. Ancaq dostlarım Zelenskidən utandıqlarını deyirlər. Onu "Ukraynalıların üz qarası" adlandırırlar. Zelenski nasistlərlə birgə hərəkət edir. Bir çox mülki vətəndaş banderaçılar tərəfindən qətlə yetirilib. Banderaçılar tərəfindən 1939-cu ildə yazılmış məktubda deyilir ki, "Moskva və yəhudilər Ukraynanın ən böyük düşmənləridir".