Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib

Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib

Tarix: 17 Iyun 2023 13:28

İyunun 17-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Milli.Az-a bildiriblər ki, Azərbaycan Respublikasının Baş naziri, ARDNF-in Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Dövlət Neft Fondunun 2022-ci ildə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, 2022-ci il büdcəsinin icrası və Fondun 2023-cü il büdcəsinə dəyişikliklərin edilməsi barədə məsələlər ətraflı müzakirə edilib.

İclasda Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədovun məruzəsi dinlənilib.

Yekunda Dövlət Neft Fondunun 2022-ci ildə fəaliyyəti və büdcəsinin icrasına dair hesabatlarının, 2023-cü il büdcəsinə dəyişikliklərin edilməsi barədə layihənin Azərbaycan Respublikası Prezidentinə təqdim olunması barədə müvafiq qərarlar qəbul olunub.

Milli.Az


Etiketlər:  Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ