Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Telefonlarımız isti havada niyə pis işləyir?

Telefonlarımız isti havada niyə pis işləyir?

Tarix: 18 Iyun 2023 14:12

Yay fəslində temperaturun yüksəlməsi nəinki insanlara, eləcə də elektron cihazlara təsirsiz ötüşmür.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, telefonlarımız isti havanın təsirindən öz normal funksiyasını itirə bilər. 

"Leeds Beckett" Universitetindən elektrik və elektronika mühəndisi Roz Wyatt-Millington telefonlarımızın yüksək temperaturda hansı səbəbdən yaxşı işləmədiyinə və bununla necə mübarizə apara biləcəyimizə aydınlıq gətirib. 

Onun sözlərinə görə, telefonların batareyaları özündə enerji saxlayır və müəyyən temperaturlarda işləmək üçün nəzərdə tutulub.

Batareya nə qədər çox qızarsa, daha çox səylə işləməli olur və bununla da daha çox enerji sərf etməli olur: "Telefonun daxili elementləri cihazın iş prosesi zamanı özləri istilik yaradır. Cihaz kənar təsirlərdən telefonun funksiyası üçün daha qaynar olduqda isə prosessor özünü həddindən artıq qızmadan qorumağa çalışır və nəticədə telefonun funksiyası zəifləyir. Əsas olaraq isə telefon 35°C temperaturda işləmək üçün nəzərdə tutulub".

O, həmçinin əlavə edib ki, adətən günəşli havalarda ekranı daha yaxşı görmək üçün telefonun işığını artırırıq ki, bu da onun qızmasına və daha çox enerji sərf etməsinə səbəb olur.

Millington, eyni zamanda, isti havanın köhnə və defekti olan telefonlara daha çox təsir etdiyini vurğulayıb. 

Milli.Az


Etiketlər:  Telefonlarımız isti havada niyə pis işləyir


RƏYLƏR