Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2023 08:12
Birləşmiş Millətlər Təşkilatı (BMT) okeanları qorumaq üçün tarixi sazişi təsdiqləyib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, BMT 20 ildən çox davam edən müzakirələrdən sonra okeanları qorumaq və dəniz biomüxtəlifliyindən davamlı istifadəni təmin etmək məqsədi daşıyan tarixi müqaviləni qəbul edib.
Qanun müqaviləsi 60 ölkə tərəfindən imzalandıqdan sonra hüquqi qüvvəyə minəcək. Belə ki, saziş sentyabrın 28-dən etibarən iki il müddətinə BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında imzalanmaq üçün üzv dövlətlərə təqdim olunacaq.
BMT-nin baş katibi Antoniu Quterreş sazişin qəbulunu yüksək qiymətləndirib. A.Quterreş bütün üzv dövlətləri sazişin qüvvəyə minməsi üçün səylərini əsirgəməməyə çağırıb və müqaviləni mümkün qədər tez imzalamaq və ratifikasiya etmək üçün gecikmədən hərəkətə keçməyə çağırıb.
Baş katib bildirib ki, saziş beynəlxalq sularda geniş okean qoruqlarının yaradılması üçün hüquqi baza yaradacaq.