Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

MN: Ordumuzun Ermənistanın mövqelərini atəşə tutması xəbəri yalandır

MN: Ordumuzun Ermənistanın mövqelərini atəşə tutması xəbəri yalandır

Tarix: 20 Iyun 2023 08:39

İyunun 20-si saat 00:20-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə yayılan məlumat bu ölkənin müdafiə nazirliyinin növbəti yalanıdır, həqiqətə uyğun deyil.

Bu barədə Mİlli.Az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

"Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - nazirlikdən əlavə edilib.

Milli.Az


Etiketlər:  MN Ordumuzun Ermənistanın mövqelərini atəşə tutması xəbəri yalandır


RƏYLƏR