Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2023 19:00
İtaliyada istirahət edən avstraliyalı turist qayadan dənizə tullanmaq qərarına gəlib və daşlara çırpılıb.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, hadisə "Daily Mail"in yayımladığı videoya göstərilib.
Qəzanın Furore Fjord körfəzində baş verdiyi bildirilir. Hadisə şahidlərinin kamerasına düşən görüntülərdə qızın uçurumun kənarında necə tullanmaq istəyərək dayandığını, əksinə yerə yıxılaraq daşlara çırpıldığını görmək olar. Yanında duran kişi onun əlindən tutmağa çalışsa da, tuta bilməyib.
Zərərçəkmişi təcili yardıma çatdırmaq bir saat çəkib. Hazırda qız xəstəxanadadır, vəziyyəti barədə məlumat verilmir.
Həmin görüntüləri təqdim edirik: