Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanın U-21 yığması yoldaşlıq oyununda qələbəni əldən verib

Azərbaycanın U-21 yığması yoldaşlıq oyununda qələbəni əldən verib

Tarix: 20 Iyun 2023 22:36

Bakıdakı təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.

Milli.Az xəbər verir ki, Samir Əliyevin baş məşqçi olduğu komanda Qırğızıstanın U-23 yığması ilə qarşılaşıb.

"Dalğa Arena" oynanılan görüşdə qalib müəyyənləşməyib - 1:1. Hesabı 61-ci dəqiqədə Murad Vəliyev açıb. Lakin qonaqlar 79-cu dəqiqədə Mirlan berberdinovun qolu ilə məğlubiyyətdən qaçıblar.

Qeyd edək ki, Azərbaycanın U-21 yığması daha əvvəl türkiyəli həmyaşıdlarına 1:0 hesabı ilə uduzub.

Milli.Az


Etiketlər:  Azərbaycanın U 21 yığması yoldaşlıq oyununda qələbəni əldən verib


RƏYLƏR