Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2023 23:44
Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu növbəti dəfə dünya futbolunun tarixinə düşüb.
Sonxeber.net xəbər verir ki, 38 yaşlı forvard yığmada 200 matç keçirən ilk oyunçu olub.
Təcrübəli hücumçu bunu səfərdə İslandiya ilə AVRO-2024-ün seçmə mərhələ görüşündə meydana çıxmaqla bacarıb.
Qeyd edək ki. Kriştianu Ronaldu Portuqaliya millisində 2003-cü ildə debüt edib. Yığmanın heyətində 122 qol vuran futbolçu Avropa çempionatının (2016) və Millətlər Liqasının qalibi (2018/2019) olub.