Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Günel Zaqatalada itləri öldürənləri tənqid etdi - VİDEO

Günel Zaqatalada itləri öldürənləri tənqid etdi - VİDEO

Tarix: 21 Iyun 2023 12:55

Müğənni Günel Zeynalova Zaqatalada itləri güllələyərək öldürən şəxslərlə bağlı paylaşım edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, həmin videonu yayımlayan sənətçi bunları yazıb:

"Yaradılanın ən şərəflisi və üstünü olan insandan gözlənilən Allahın yaratdığı hər varlığa şəfqət və mərhəmətlə yanaşmaqdır. Rəsulullah təkcə insanlara yox, bütün canlılara qarşı mərhəmətli olunmasını istəyir. Bir hədisdə deyilir: Allahın Rəsulu qarnı belinə yapışan dəvə görəndə "Bu dilsiz heyvanlar haqqında Allahdan qorxun. Onlara gözəl minin və onlardan faydalanın" sözlərini deyib. Siz də Allahdan qorxun. Yazıqlar olsun".

Sözügedən videonu Türkiyənin məşhur Heyvanları Qoruma Dərnəyi paylaşaraq "Azərbaycanda qətliam var" sözlərini yazıb. 1,1 milyon izləyicisi olan səhifə hər kəsi vidonu yayımlamağa, heyvanlara edilən zülmün qarşısının alınmasına çağırıb. 

Qeyd edək ki, bir neçə gündür sosial şəbəkədə bir qrup şəxsin itləri güllələyərək öldürdüyü əks olunan video müzakirələrə səbəb olub. 

Milli.Az


Etiketlər:  Günel Zaqatalada itləri öldürənləri tənqid etdi VİDEO


RƏYLƏR