Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2023 11:32
Türkiyənin "Türkiye Petrolleri Anonim Ortaklığı" (TPAO) şirkəti Qara dənizdə neft kəşfiyyatı üçün lisenziya müddətinin 23 avqust 2023-cü il tarixindən 3 il uzadılmasını tələb edib.
Sonxeber.net-ın TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin elanı "Rəsmi Qəzet"də dərc edilib.
Qeyd edək ki, TPAO-ya 6 aprel 2023-cü il tarixində Çanaqqala vilayəti ərazisində 42 min 593 hektar sahədə beş il müddətinə neft kəşfiyyatı lisenziyası verilib.