Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyun 2023 09:50
Ukraynanın əks-hücumuna əsas maneə Rusiyanın "Alliqator" kimi tanınan Ka-52 helikopterləri olub.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu cəbhə xəttinə səfər edən "Bild" nəşrinin baş redaktorunun müavini Pol Ronzeymer deyib.
Ukrayna əsgərlərindən birinin jurnalistə verdiyi məlumata görə, ruslar 8 km məsafədən helikopterlərdən hücum edir, lakin ukraynalı əsgərlərin bu qədər məsafədə onlara qarşı istifadə edəcək heç bir şeyi yoxdur.
"Bu, Ukraynanın əks-hücumunda özünü göstərən əsas problemlərdən biridir: kifayət qədər hava hücumundan müdafiə sistemi, şəxsi aviasiya yoxdur.
Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun uğurlu və ya uğursuz olacağını söyləmək hələ tezdir", - Ronzeymer vurğulayıb.