Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyun 2023 14:24
"Biz Priqojinin qiyamını yatırmağa hazırıq".
Sonxeber.net Sfera.az-a istinadən bildirir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov deyib. O, bu barədə fikirlərini teleqram kanalında yazıb:
"Üsyanı yatırmaq lazımdır və bu, sərt tədbirlər tələb edirsə, biz hazırıq!".
Kadırov açıqlamasında həmçinin, Priqojinin davranışını "arxadan vurulan bıçaq zərbəsi" adlandırıb və rus əsgərlərini heç bir "təxribat"a boyun əyməməyə çağırıb.
Qeyd edək ki, bundan əvvəl "Vaqner"in rəhbəri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini onun döyüşçülərinin düşərgəsini vurmaqda ittiham etmişdi. Rusiya prezidenti Vladimir Putin isə xalqa müraciətində Priqojini vətənə xəyanətdə günahlandırmışdı.