Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2023 09:02
"Vaqner" Xüsusi Hərbi Şirkətinin hərbçiləri Rostov-Donu tərk etməyə başlayıblar.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, Cənub Hərbi Dairəsinin qərargahı yaxınlığında onların tankları toplanır.
Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə danışıqlar aparıb. Priqojin Lukaşenkonun "Vaqner" qüvvələrinin hərəkətini dayandırmaq təklifini qəbul edib.
***
"Vaqner" silahlı qruplaşması Rostov-Donu tərk edərək öz səhra düşərgələrinə yollanıblar.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru Vasili Qolubev teleqram kanalında yazıb.
"Mən bu fövqəladə şəraitdə bütün Rostov vilayətində həyatı təmin edən hər kəsə minnətdaram", - deyə qubernator qeyd edib.